İrandan Nurgül Yeşilçaya GÖZLƏNİLMƏZ ZƏRBƏ
Bizi izləyin

Magazin2

İrandan Nurgül Yeşilçaya GÖZLƏNİLMƏZ ZƏRBƏ

İranın Mədəniyyət Naziri Abbas Salehi "Gözəl Cin” adlı filmdə rol alan Nurgül Yeşilçayın heyətdən çıxarılmasını tələb edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iranlı rejissor Bayram Fazalının “Gözəl Cin” adlı filmində rol alan aktrisa Nurgül Yeşilçayın çəkilişləri artıq tamamlanıb. Ancaq filmlə bağlı mübahisə yardan məqamlar ortaya çıxıb.

Filmin prodüseri Mehrdad Fərid "İranın Mədəniyyət və İslami İrşad naziri Abbas Salehi məndən və rejissor dostumuz Bayram Fazadan Nurgül Yeşilçayı filmdən çıxartmağı tələb edib. Lakin çəkilişlər bitdikdən sonra aktyor heyətində və ya çəkilişlərdə hər hansı bir dəyişiklik etmək mümkün deyil. Filmin istehsal lisenziyası üçün ssenarini İran Kino Təşkilatına təqdim edəndə türk aktrisanın layihədə yer alacağı açıq şəkildə bildirilmişdi. Rəsmi şəxslər layihəyə razılıq verdilər" , - deyə bildirib.

Layihənin prodüseri onu da əlavə edib ki, “Gözəl Cin” filmi Türkiyə və İranın birgə istehsalı olduğu üçün filmdə təktərəfli qərar verərək dəyişiklik etməyəcəklər.

Mehrdad Fəridin sözlərinə görə, filmin İran və Türkiyə ilə yanaşı, müxtəlif ərəb ölkələrində də qala gecələri təşkil ediləcək. Bundan başqa, ekran işinin 2018-ci ildə Tehranda keçiriləcək Fajr Film Festivalına da daxil edilməsi planlaşdırılır.

Xatırladaq ki, İranda noyabrın 12-də İran-İraq sərhədində7,3 bal gücündə baş verən zəlzələ zamnı aktrisa İranda idi. O, hadisədən bərk qorxduğunu, lakin heç bir xəsarət almadığını bildirmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm