Müğənni Ebrunun həyat yoldaşından 2,5 milyonluq böyük jest - FOTO
Bizi izləyin

Magazin2

Müğənni Ebrunun həyat yoldaşından 2,5 milyonluq böyük jest - FOTO

Necat Gülseven həyat yoldaşı Ebru Yaşarın adına Diyarbəkirin Bismil rayonunda məktəb tikdirəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbin protokolu Diyarbəkir Valisi Həsən Bəsri Güzeloğluyla Necat Gülseven arasında dünən imzalanıb. Orta məktəb binasının xərcləri müğənninin həyat yoldaşı və məşhur iş adamının "Gülseven Turizm Otelcilik Tikinti Şirkəti" tərəfindən qarşılanacaq.

Məktəbin tikintisi təxminən 2,5 milyon TL-yə başa gələcək. Binanın tikintisinin 2019-cu ildə bitməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm