Bığları ona ÇƏTİN ANLAR yaşatdı – 25 MİLYON dollar XƏRCLƏNDİ
Bizi izləyin

Magazin2

Bığları ona ÇƏTİN ANLAR yaşatdı – 25 MİLYON dollar XƏRCLƏNDİ

“Warner Bros” şirkətinin istehsalı olan “Superman” filminin növbəti seriyası –“Ədalət liqası”na baş rolu canlandıran Henri Kevilin bığları damğa vurub.

Publika.az xəbər verir ki, ekran işini diqqətlə izləyən tamaşaçılar bəzi səhnələrdə Henrinin ağız hissəsində yaranan problemin fərqinə varıblar. Belə ki, filmdə aktyorun bığları “CGI” texnikası sayəsində montaj olunaraq, silinib. Buna səbəbi isə “Paramount Pictures” şirkətinin başqa bir filmində canlandırdığı obrazda bığlarının olmasıdır.

Ekran işində aktyorun bığına görə dijital texnikanın istifadə olunması isə şirkətə 25 milyon dollara başa gəlib. Bığlarının silinməsinə görə lağ hədəfi olan aktyor çəkilişlərdə də çətin anlar yaşayıb. Henri eyni zamanda, sosial mediada da geniş müzakirə olunub. Digər tərəfdən isə “Warner Bros”un rəqibi “Paramount”a jest edərək, onlara görə milyonlarla dollar xərcləməsi sosial şəbəkələrdə müsbət rəylərlə qarşılanıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm