Şəhidləri təhqir edən Nurellaya SƏRT TƏPKİ
Bizi izləyin

Magazin2

Şəhidləri təhqir edən Nurellaya SƏRT TƏPKİ

Məşhur türkiyəli modelyer Nur Yerlitaş ötən gün şəhidləri təhqir edib.

Publika.az xəbər verir ki, o, canlı yayım zamanı “Şəhidlər, məhidlər mənlik deyil” ifadəsini işlədib. Onun bu hərəkətinə sosial mediadan sərt reaksiya gəlib. İzləyiciləri Nuru tənqid edərək, onu qınayıblar.

Hətta yaxın dostları da modelyerdən üz döndərib. Demet Akalın ou izləmən çıxarıb, müğənni Tuğba Ekinçi isə bu işi belə buraxmacağını bildirib: “Nur Yerlitaş bu camiədən silinməlidir”

Onu da qeyd edək ki, canlı yayım etməmişdən öncə Star TV-də yayımlanan “Duymayan kalmasın” proqramına qonaq qismində dəvət olunan Nur Yerlitaşın efiri ləğv edilib. Onun qonaqlar sırasından çıxarılmasına ilkin səbəb şəhidləri təhqir etməsi göstərilib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm