Məşhur modelin boynundan ÖPDÜ - FOTO
Bizi izləyin

Magazin2

Məşhur modelin boynundan ÖPDÜ - FOTO

Bella Hadid “Bvlgari Dubai Resort”un açılışına 1795 dollarlıq (təxminən 2600 manat) paltarda gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli müğənni dünən lüks brendin Dubaydakı hotelinin açılışında iştirak edib. Livan əsilli model gecə üçün sarı rəngli atlas parçadan uzun don seçib. “Temperley London” markasından olan paltarın qiyməti 1,795 dollardır (təxminən 2600 manat). O, geyimini 985 dollarlıq (təxminən 1250 manat) “Dsquared2” markalı bosonojkalarla tamamlayıb.

Gecə boyu Bellanın ispan model Con Kortajarena ilə səmimi görüntüləri diqqət çəkib. Yaraşıqlı model Bellanın belini özünə tərəf sıxaraq boynundan öpüb. O, Bella şəklini instaqramda paylaşaraq “Gələcək həyat yoldaşım” yazıb.

Hotelin qonaqları arasında rusiyalı model Yelena Perminova da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm