Cem Yılmazla Acun Ilıcalının “Altın Kelebek”də hər kəsi QƏHQƏHƏLƏRƏ BOĞAN ZARAFATLARI - VİDEO
Bizi izləyin

Magazin2

Cem Yılmazla Acun Ilıcalının “Altın Kelebek”də hər kəsi QƏHQƏHƏLƏRƏ BOĞAN ZARAFATLARI - VİDEO

Gecəyə damğa vuran zarafatlar

Cem Yılmazla Acun Ilıcalının “Altın Kelebek” mükafatlarının təqdim olunma mərasimindəki yaddaqalan çıxışları gecəyə xüsusi rəng qatıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, televiziya ulduzları ənənəsinə sadiq qalaraq bu dəfə də tamaşaçıları öz zarafatlarıyla güldürüblər.

“Ən yaxşı yarışma verilişi”nə görə mükafatlandırılan Acun İlıcalıya kəpənək heykəlciyini Şansal Büyüka təqdim edib. Mükafatını almaq üçün səhnəyə çıxan Açın qarşısında keçmiş bossu Şansal Büyükanı görəndə duyğusal anlar yaşayıb. Şansal Büyükanın həyatında mühüm yer tutduğunu bildirən Acun “12-ci Altın Kelepek”ini alması və komandasıyla fəxr etdiyini söyləyib.

“İndiki maaşının 10 qatını istə”

Daha sonra Şansal Büyüka ilə tanışlıq xatirəsindən bəhs edib: “Təyyarədən yeni enmişdik ki, Şansal qardaş məni qaçırdı. Telefonuma zəng gəldi, məni başqa bir kanala transfer etmək istədiklərini dedilər. Onda mən müxbir işləyirdim. Amokaçi də yanımda idi. O, “Kim zəng edib?” soruşduqda ona başqa kanaldan transfer təklifi aldığımı dedim. O, isə cavabında "10 milyonluq futbolçuyam, heç kim məni gecə yarısı transfer etmək istəməyib. İndiki maaşının 10 qatını istə dedi”.

"Tv 8" kanalının rəhbərinin bu çıxışını hər kəsi alqışlarla qarşılayıb.

“Tarkanın apar-gətir işlərini görürəm”

“Ən yaxşı kişi pop musiqiçisi” nominasiyasına layiq görülən Tarkana isə mükafatı komediya ustası Cem Yılmaz təqdim edib. Tarkana mükafatını vermək üçün səhnəyə gələn Cem Yılmaz “Tarkanın nə qədər böyük ulduz olduğunu özünüz düşünün! Apar-gətir işlərini mən edirəm. Əvvəllər Yalın ilə çalışırdım, rəqəmlər qane etməyincə Tarkanı seçdim", deməsi zalı qəhqəhələrə boğub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm