“Fi Çi” serialının baş qəhrəmanı: “Haydı, içib sevişək!” - FOTO
Bizi izləyin

Magazin2

“Fi Çi” serialının baş qəhrəmanı: “Haydı, içib sevişək!” - FOTO

Reytinqləri qıran “Fi Çi” -in baş qəhrəmanı Ozan Güvən serialın erotik səhnələrinin çətinliklə ərsəyə gəldiyini bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serenay Sarıkaya və Ozan Güvən “Marka 2017” tədbirində serialdan danışıblar.

Puhu TV-də ayda təxminən 9 milyon tamaşaçı tərəfindən izlənilən layihədə yer alan Sarıkaya "Rəqəmsal mühitdə iş gördüyüm üçün daha rahat oluram. Belə bir layihənin vaxtı çatmışdı. Bu layihədə iştirak etməkdən qorxmamışam. Cəsur obrazları oynamağı sevən aktrisayam. Yaxşı ki, razılaşmışam. Televiziya işləri də davam edəcək" -, deyə bildirib.

Ozan Güvən isə bütün yazı çimərlikdəki gənc qızlar kimi min 200 səhifəlik "Fi, Çi, Pi” romanını oxuyaraq keçirdiyini deyib: "100 səhifə oxuduqdan sonra "Əminsinizmi, Serenay varmı?" dedim. Çünki Serenay bir markadır”

Aktyor internetdə iş görmələrinə baxmayaraq açıqlamasında bildirib ki, özlərinə də məhduiyyət qoyurlar:

“Öz senzuramızı həyata keçiririk. “Haydı, içib sevişək!” kimi vəziyyət yoxdur. Lakin hekayə məsələsində daha sərbəstik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm