Ajda Pekkan Sevil Əliyevanın bəstəsini oxudu - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Magazin2

Ajda Pekkan Sevil Əliyevanın bəstəsini oxudu - VİDEO (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənnisi Ajda Pekkan “Nargis” jurnalının fəaliyyətinin 5 ili tamam olması münasibəti ilə Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər verir ki, Türkiyənin super ulduzu konsertdə Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısını ifa edib. Bütün zal onlar üçün gözlənilməz olan ifanı alqışlarla qarşılayıb.

Qeyd edək ki, türkiyəli sənətçini dinləməyə gələnlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva da olub.

***

Xəbər verdiyimiz kimi, türk pop musiqisinin kraliçası Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətilə hazırda Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edir.

Publika.az xəbər verir ki, sənətçi qonaqları azərbaycanlı dilində “Xoş gəlmisiniz” sözləriylə salamlayıb:

“Əziz azərbaycanlı dostlarım, bu gözəl anları mənimlə bölüşdüyünüz üçün çox xoşbəxtəm. Konsertimə gəldiyiniz üçün təşəkkür edirəm. Sizinlə tanış olduqca sizi daha yaxından tanımaq istəyirəm, dilinizi və könlünüzü çox sevirəm. Onsuz da bizdən uzaq deyilsiniz”.

Ajda Pekkan konsertdə öz hitləri ilə yanaşı, Xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısını ifa edib. Canlı əfsanənin bu jesti tamaşaçılara unudulmaz gecə yaşadıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm