Magazin2
Dünya şöhrətli aktyor: “Məni itimlə dəfn edərsiz”
82 yaşlı dünya şöhrətli fransız aktyor Alen Delon karyerasının 60 illik yubileyi ilə bağlı Fransa mətbuatına verdiyi müsahibədə etiraf edib ki, müasir dünya onu çox məyus edib. Buna görə də o, dünyanı heç təəssüflənmədən tərk edəcək.
Publika.az xəbər verir ki, aktyor müsahibəsində bunları deyib:
“Bu gün hər şey saxtadır, hamını təkcə pul maraqlandırır. Heç kim sözünü tutmur, hər gün yeni cinayət xəbərləri verirlər. Mən bu dünyanı heç təəssüf etmədən tərk edəcəm”.
Aktyorun sözlərinə görə, onun ən sadiq dostu birgə dəfn olunmaq istədiyi 2 yaşlı itidir.
“Öləcəyimi hiss etsəm, xahiş edəcəm ki, itimə ölüm iynəsi vurulsun və bizi birgə dəfn etsinlər. İstəmirəm ki, o, mənim qəbrimin üstündə kədərdən ölsün” - Alen Delon deyib.
Qeyd edək ki, hələ də xanım heyranlarının çox olduğunu bildirən aktyor “həmin yeganə” olacaq xanımı tapmadığını deyib.
Ulucay Akif
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!