Kıvanç Tatlıtuğun "Hadi Be Oğlum” filmi hər kəsi GÖZ YAŞLARINA BOĞDU - VİEDO
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğun "Hadi Be Oğlum” filmi hər kəsi GÖZ YAŞLARINA BOĞDU - VİEDO

Baş rollarda Kıvanç Tatlıtuğ, Büşra Dəvəli, Ucal Ertan və 8 yaşlı Əlixan Türkdemirin oynadığı "Hadi Be Oğlum” filminin qala gecəsi baş tutub.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, ekran işinin rejissoru Bora Egemendir.

Ata ilə oğlun hekayəsi izləyənlərə duyğusal anlar yaşadıb. Bir çox dəvətli göz yaşlarına hakim ola bilməyib. Kıvanç Tatlıtuğ açıqlamasında bildirib ki, filmlərdə çəkilməkdən daha çox zövq alır, nəinki seriallarda. Tanınmış stilist Başak Dizer qala gecəsində həyat yoldaşını tək qoymayıb. O, Tatlıtuğu öpüşlərlə təbrik edib.

"Hadi Be Oğlum”da Tatlıtuğun oğlunu canlandıran Əlixan Türkdemirin rolu xüsusilə yüksək qiymətləndirilib.

Film bütün həyatını ünsiyyət problemi olan və hisslərini ifadə etməkdə çətinlik çəkən oğluna həsr edən balıqçının həyat hekayəsindən bəhs edir. Oğlu ilə əlaqə yaratmağa çalışdıqca özünü daha da tənha hiss edən atanın ən böyük arzusu oğlunun onu anlaması və sevgisini hiss etməsidir. Atasının, anasının və sevdiyi qadının xatirəsini öz qəlbində daşıyan acılı atanın oğluna bəslədiyi sevgi zaman keçdikcə ikisinin də həyatını dəyişdirir.

Qayğıkeş ata obrazını ifa edən Kıvanç Tatlıtuğun hönkür-hönkür ağladığı təsrili səhnələr diqqət çəkib.

Təqdimata dəvət olunanlar arasında Kənan İmirzalıoğlu ilə həyat yoldaşı Sinəm Kobal da olub. Arıqlaması ilə diqqəti çəkən Kənan İmirzalıoğlu "Pəhriz saxlamıram. “Mehmed Bir Cihan Fatihi” serialındakı roluma görə at minməyi öyrənirəm. At sürməkdən arıqlamışam” -, deyə bildirib. O, "Nə vaxt ata olacaqsınız" sualına isə "Vaxtı gəldikdə inşallah" cavabını verməklə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm