Məşhur aktyor öldürüldükdən sonra arzusu ÇİN OLDU
Bizi izləyin

Magazin2

Məşhur aktyor öldürüldükdən sonra arzusu ÇİN OLDU

Tanınmış aparıcı və aktyor Vətən Şaşmazın həyat yoldaşı Jasmin Adalı ana olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqust ayında keçmiş sevgilisi Filiz Aker tərəfindən silahla öldürülən aparıcının oğlu dünən dünyaya gəlib.

Məlum olub ki, məşhur aparıcının böyük səbirsizliklə gözlədiyi oğluna Asil Vətən Şaşmaz adı verilib. 43 yaşında həyatını itirən aparıcı verdiyi müsahibələrinin birində ata olacağı ilə bağlı bunları demişdi:

"Ata olmağı çox istəyirəm. Uşaq istəməsəydik, evlənməz, sadəcə bir yerdə yaşamağa davam edərdik. Mən də, xanımım da evlilik həvəskarı olan insanlar deyilik. Önəmli olan ailə olmağı bacarmaqdır".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm