Məşhur futbolçunun lüks avtomobillərinin qiyməti dodaq uçuqlatdı - FOTO
Bizi izləyin

Magazin2

Məşhur futbolçunun lüks avtomobillərinin qiyməti dodaq uçuqlatdı - FOTO

“Başakşehir” futbol klubunda oynayan Arda Turan lüks maşınları ilə yenidən gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Turan dünən sevgilisi Aslıhan Doğan, qardaşı Okan Turan və onun sevgilisi Katre Yırtıcı ilə birlikdə kinoteatrdan çıxarkən görüntülənib. Məşhur qardaşlar sevgililəri ilə birgə baş rolda Kıvanç Tatlıtuğun oynadığı "Hadi Be Oğlum” filmini izləyib.

Arda Turanın bu yaxınlarda evlənməyə hazırlaşdığı nişanlısı Aslıhan filmdən çox təsirləndiyini və göz yaşlarına hakim ola bilmədiyini gizlətməyib. O, çıxışda hamilə olması ilə bağlı yayılan suallara "Qətiyyən elə bir şey yoxdur", - deyə cavab verib. Arda Turan isə "Adət və ənənələrimiz var, dedi-qodu yayanlara ayıb olsun" -, deyə bildirib.

Ardanın dəyəri 2.5 milyon TL-lik (təxminən 1 milyon 250 min manat) “Bentley Bentayga” markalı avtomobili diqqət çəkib.

Xatırladaq ki, futbolçu bu yaxınlarda 2 milyon TL-lik “Mercedes”lə görüntülənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm