Rusiyanın ikinci ən qüdrətli adamı məşhur modelyerlə SEVGİLİ OLDU - FOTO
Bizi izləyin

Magazin2

Rusiyanın ikinci ən qüdrətli adamı məşhur modelyerlə SEVGİLİ OLDU - FOTO

38 yaşlı tanınmış rusiyalı modelyer Ulyana Serqeyenko “Rosneft”in 57 yaşlı prezidenti İqor Seçinlə görüşür.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İqor Seçin şimal qonşumuzda prezident Vladimir Putindən sonra ikinci ən qüdrətli adamdır. “Rosneft” onun rəhbərliyi altında ölkənin ən iri konsernlərindən birinə çevrilib.

Cütlüyün münasibətləri haqqında şayiələr yanvarın əvvəllərindən yayılıb. Daha sonra dizaynerlə "Rosneft”in prezidenti moda həftəsi çərçivəsində Parisdə görünüb. Bu xəbəri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun keçmiş həyat yoldaşı Yekaterina Soloçinskaya rəfiqələri ilə bölüşüb. Məlumatlar təbii ki, sürətlə bütün dünya mətbuatına yayılıb. Maraqlıdır ki, bundan az sonra Soloçinskaya Parisdə Rusiya elm mərkəzinin rəhbəri postundan azad edilib.

Bu yaxınlarda isə Serqeyenko ilə Seçinin romanı öz təsdiqini tapıb. Kremlə yaxın mənbələrin biri etiraf edib ki, İqor Seçinin sevgilisi istedadlı dizayner Ulynaya Serqeyenkodur.

Cütlük münasibətlərini gizlətməyə çalışsa da, onlar haqqında şaiyələr yayılmaqda davam edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm