Neslihan Atagül qüsursuz tərzi ilə diqqət mərkəzində - FOTO
Bizi izləyin

Magazin2

Neslihan Atagül qüsursuz tərzi ilə diqqət mərkəzində - FOTO

Aktrisa Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu ilə birlikdə münasibətlərinin soyuması barədə yayılan xəbərlərə münasibət bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən aktrisa ilə aktyorun siması olduğu eynək markasnın təqdimatı keçirilib. Aylar sonra mətbuatın önünə birlikdə çıxan cütlük müxbirlərin suallarını cavablandırıb.

Gecəyə əl-ələ gələn cütlük bildirib ki, ailə həyatlarında ciddi problemləri yoxdur və vaxtı gələndə övlad sahibi olacaqlar.

Türkiyənin ən yaxşı geyinən məşhurları sırasında adıçəkilən Neslihan bu dəfə də seçdiyi geyimlərlə modapərəstləri ilhamlandırıb. O, markanın təqdimatına tünd qırmızı, parıltılı şalvarda və dərin sinə dekolteli ağ bluzda gəlib. Saçlarını at quyruğu toplayan Neslihan hər zamankı kimi sadə makiyaja üstünlük verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm