İrina Şeyk ikinci dəfə HAMİLƏDİR – FOTO
Bizi izləyin

Magazin2

İrina Şeyk ikinci dəfə HAMİLƏDİR – FOTO

Rusiyalı model İrina Şeyk Barselonada keçirilən toy moda həftəsində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, supermodel “Рronovias” brendinin tədbirinə dəstək məqsədilə gəlib. İrina adıçəkilən moda evinin bütün nümayişlərində əsas modellərdən biri olsa da, bu dəfə podiuma çıxmayıb. Amma özü nümayişi buraxmayıb. Maraqlıdır ki, o, dəb şousuna gəlinliyə oxşar paltarda gəlib.

Model təkcə libası ilə deyil, qarnı ilə də diqqət çəkib. İddia olunur ki, 43 yaşlı Hollivud aktyoru Bredli Kuperlə sevgili olan 32 yaşlı model ikinci dəfə ana olmağa hazırlaşır.

Qeyd edək ki, münasibətlərini gizli saxlamağa üstünlük verən məşhur cütlüyün bir qızı var. Yeri gəlmişkən, İrina Şeyk birinci hamiləliyini “Victorias Secret” alt paltarı brendininn nümayişində elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm