Con Travolta oğlunun faciəvi ölümündən sonra ilk dəfə ailəsi ilə birlikdə göründü – FOTO
Bizi izləyin

Magazin2

Con Travolta oğlunun faciəvi ölümündən sonra ilk dəfə ailəsi ilə birlikdə göründü – FOTO

Con Travolta oğlunun ölümündən sonra ilk dəfə ailəsi ilə birlikdə kamera qarşısına keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı aktyor 55 yaşlı xanımı Kelli Preston, 18 yaşlı qızı Elli və 7 yaşlı oğlu Benjamin ilə birlikdə Kann kinofestivalının fəxri qonağı olub. Onlar “Xan Solo: Ulduz müharibələri tarixi” filminin qalasında iştirak edib.

2009-cu ildə oğlunun faciəvi ölümündən sonra aktyor mətbuatdan qaçırdı, o, qapalı həyat sürürdü. İctimaiyyət qarşısında görünməyən kino ulduzunu uzun müddətdir ki, pərəstişkarları belə xoşbəxt görmürdü.

Yeri gəlmişkən, məşhur cütlük Kanna “Qotti kodeksi” filmi üçün gəlib. Adıçəkilən ekran işində Travolta ailəsinin bütün üzvləri çəkilib və onun prodüseri aktyorun özüdür. Baş rolda Con kriminal avtoriteti, Kelli Preston isə həyat yoldaşını canlandırıb.

Ailə festivalda ailə daha bir neçə gün qalacaq, çünki “Variety” jurnalı C.Travoltaya kinematoqrafiyaya verdiyi töhfəyə görə fəxri mükafat təqdim edəcək. Mükafatlandırma "Briolin” musiqili amerikan filminin yubiley nümayişinə həsr olunacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm