Magazin2
Cağatay Ulusoyun həbsi haqqında yeni detallar
Narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə məşğul olduğu deyilən Cağatay Ulusoy 4 il 2 ay həbs cəzasına məhkum edilib. İttiham təsdiqini taparsa, Ulusoy 1 il 9 ay həbsxanada yatacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ulusoy haqqında verilən həbs cəzası baş rolda oynadığı “Netflix” serialı “Muhafiz”ə təsir edib.
Beynəlxalq rəqəmsal TV platforması “Netflix”in ilk türk serialı olan “Muhafiz”in çəkilişləri sürətlə davam edir. Lakin Cağatay Ulusoy haqqında verilən həbs cəzası bütün planları alt üst edib. İttiham sübut olunarsa, Ulusoy 1 il 9 ay həbsxanada yatacaq, yəni çəkilişlərdən təxminən 2 il uzaq qalacaq.
Bu halda serialının çəkilişlərinin dayanacağı, ya da baş rolda yeni məşhurun dəvət ediləcəyi gözlənilir. Mövzu ilə bağlı Cağatay Ulusoy və “Netflix” hələ ki, heç bir açıqlama verməyib.
Qeyd edək ki, dünən Çağatay Ulusoy, 2011-ci ildə "Türkiyə gözəli" yarışında ikinci olan aktrisa Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergun Taş, müğənni Cenk Eren, DJ Nuri Kösem, Ayşe Selin Boronkayın da aralarında yer aldığı 34 nəfərin mühakimə olunduğu prosesdə məhkəmə 5 il sonra qərarını açıqlayıb.
Məşhur aktyorlar Çağatay Ulusoy və Gizem Karaca, "narkotik ticarəti etmək" əməlindən 4 il 2 ay, müğənni Cenk Eren isə eyni cinayətə görə 6 il 3 ay azadlıqdan məhrum edilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!