• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

68 yaşlı Riçard Gir 35 yaşlı qadınla evləndi - FOTO

  • Magazin2
  • 17 May 2018 16:30
  • 927 Baxış
68 yaşlı Riçard Gir 35 yaşlı qadınla evləndi - FOTO

68 yaşlı Riçard Gir 35 yaşlı sevgilisi Aleksandra Silva ilə aprelin əvvəlində rəsmi nikaha girib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ötən şənbə günü isə aktyor və xanımı Nyu-York ətrafında öz dostlarını və yaxınları toplayaraq sadə toy şənliyi keçirib.

Dini mərasim buddizm qaydalarına əsasən baş tutub.

İspan jurnalı “HOLA “ yeni evlənənlərdən çəkiliş üçün eksklüziv icazə alıb. Onların toy şəkilləri jurnalın üz qabığında çıxıb.

Aktyor açıqlamasında “Mən kainatdakı ən xoşbəxt adamam. Başqa cür mümkündür ki? Aleksandra - gözəl, ağıllı, ehtiraslı və şən qadındır”, - deyə bildirib.

Hollivud ulduzunun 3-cü həyat yoldaşı olan Aleksandra jurnalistlərə Riçardla həyatı haqqında danışıb:

“Mən sevgidən uçuram... Hər səhər o, məndən soruşur: "Bu gün səni necə xoşbəxt edə bilərəm? Səni necə sevindirim?” Sevdiyin kişinin hər gün sənin qayğına qalmasından daha romantik nə ola bilər”.

Bu, Aleksandırın ikinci nikahıdır. O, əvvəllər neft maqnatı Robert Fridland oğlu ilə evli olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>