Özcan Dənizin həyat yoldaşı doğuşdan sonra ilk dəfə üzünü göstərdi – FOTO
Bizi izləyin

Magazin2

Özcan Dənizin həyat yoldaşı doğuşdan sonra ilk dəfə üzünü göstərdi – FOTO

Özcan Dənizin özündən 20 yaş kiçik xanımı Feyza Dəniz oğlu Kuzeyi dünyaya gətirdikdən sonra ilk dəfə sosial şəbəkədə foto paylaşıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşının oğlu ilə paylaşdığı fotosu qısa müddətdə bəyənilmə rekordu qırıb.

Xatırladaq ki, Özcan Dəniz də bir neçə gün əvvəl oğlu ilə şəklini paylaşmış və təsirli sözlər yazmışdı: “Bu gün mənim də doğum günümdür. Səninlə göz-gözə gələndə, cənnət qoxunu ciyərlərimi dolduranda hər dəfə dilimdən “şükürlər olsun” çıxır. Ən gözəl hədiyyəm! Allah qarşına pis insanlar çıxarmasın, deməyəcəyəm. Səhvlərdən, çətinliklərdən uzaq tutsun da deməyəcəm. Bunları yaşayacaqsan, çünki həyatın qaydası belədir. Lazımlı bir qanundur. Sənə həyatı etdiyin səhvlər, yaşadığın çətinliklər, qarşılaşdığın pis insanlar öyrədəcək. Ata kimi dua edirəm ki, bunlar qarşısında həmişə güclü, dözümlü və ağıllı olasan. Arzularımı bura yazıram, çünki bu yazdıqlarım itməyəcək, böyüdükdən sonra qarşına çıxacaq və oxuyacaqsan".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm