İsrailə "Eurovision" ZƏRBƏSİ: Qüdsə görə...
Bizi izləyin

Magazin2

İsrailə "Eurovision" ZƏRBƏSİ: Qüdsə görə...

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər.

Publika.az xəbər verir ki, bu barədə şounun rəsmi Feysbuk səhifəsində məlumat yayılıb:

"Siz artıq səbirsizliklə gələnilki "Eurovision" müsabiqəsinin başlanmasını gözləyirsiniz? Biz də. Ancaq hələlik təyyarələrə bilet almayın. Müsabiqənin harada və nə vaxt keçiriləcəyini bilmək üçün rəsmi səhifəmizi izləyin".

Beynəlxalq dərəcəli mahnı müsabiqəsinin belə bəyanatla çıxış etməsinin səbəbi bu il birinci yeri tutan İsrailin müsabiqəni Fələstin torpaqlarında, paytaxt elan etdiyi Qüdsdə keçirməyi planlaşdırması ilə izah edilir. Qaydalara əsasən, "Eurovision" qalib ölkələrin paytaxtında keçirilir.

Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta adlı ifaçı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm