Qaradərili gözəlçənin qırmızı libaslarla imtahanı – FOTOLAR
Bizi izləyin

Magazin2

Qaradərili gözəlçənin qırmızı libaslarla imtahanı – FOTOLAR

“İkinci planda ən yaxşı aktrisa” nominasiyasında “Oscar” mükafatı qazanan, “People” jurnalı tərəfindən dünyanın ən gözəl qadınlarından biri hesab edilən aktrisa Lyupita Nionqo “Harper's Bazaar” jurnalı üçün yeni fotosessiya etdirib.

Jurnalın Ukrayna nəşrinin may nömrəsi üçün kamera qarşısına keçən gözəlçə bir-birindən iddialı geyimlərlə maraqlı pozalar verib. Onun əsasən qırmızı rəngli libaslar seçməsi diqqətdən yayınmayıb. Rəngarəng geyinməyi sevən qaradərili gözəl qırmızı rəngi özünə yaraşdırıb.

32 yaşlı aktrisa jurnala maraqlı açıqlamalar da verib. O, müsahibəsində “12 il köləlikdə” filminə görə qazandığı “İkinci planda ən yaxşı aktrisa” mükafatından danışıb:

“Mənə elə gəldi ki, “Oskar” mərasimindən sonra hər şey bitəcək: mərasim qurtaracaq və hər şey əvvəlki kimi olacaq. Məni yeni layihələrin gözlədiyini ağlıma belə gətirmirdim”.

Publika.az Lyupita Nionqonun yeni fotosessiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm