Tarkan iddialara cavab verdi: “Vaz keçə bilmərəm”
Bizi izləyin

Magazin2

Tarkan iddialara cavab verdi: “Vaz keçə bilmərəm”

Kuba səyahətindən qayıdan Tarkan paparassilərin kameralarına tuş gəlib.

Uzun müddətdir ki, mediaya müsahibə və açıqlama verməyən Tarkan səssizliyini pozub.

Publika.az xəbər verir ki, o, Türkiyəni tərk edəcəyi ilə bağlı iddialara cavab verib: "Ölkəmi çox sevirəm. Buralardan necə vaz keçə bilərəm ki? Tez-tez yad ölkələrə getməyi xoşlayıram. Ancaq birdəfəlik hansısa xarici ölkəyə yerləşmək fikrim yoxdur”.

Türkiyədə küçəyə belə çıxa bilmədiyini vurğulayan meqastar xarici ölkələrdə özünü daha rahat hiss etdiyini etiraf edib: “Mən küçədə belə rahat gəzə bilmirəm. Populyar olmağın əks-təsirlərindən biri də budur.

Mən də sizin kimi küçədə gəzmək istəyirəm, ona görə də xarici ölkələr üz tuturam. Daha azad və rahat olduğum yerlərə getmək mənim haqqımdır”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm