“Sevgilim idmanla məşğul olmasa, ondan ayrılaram”
Bizi izləyin

Magazin2

“Sevgilim idmanla məşğul olmasa, ondan ayrılaram”

Hülya Avşarın bacısı, dizayner Helin Avşar “Ses” jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, məşhur xanım maraqlı açıqlamalar, eşq həyatıyla bağlı hər kəsi təəccübləndirən etiraflar edib:

“Mənim evliliyim sıxıcı ola bilməz. Mən dava eləməyi sevirəm, səbəbsiz yerə dava çıxarıb sonra barışa bilərəm. Ona görə də mən evlənsəm həyat yoldaşım həyəcanlı və macəralı günlər keçirər.

Pis xasiyyətim var. Sevgilim idmanla məşğul olmasa onu tərk edərəm. Çünki həftənin 5-6 günü düz 3 saat idman edirəm. Sevgilim də mənimlə ayaqlaşmalıdır.

Helin Avşar xəyanəti bağışlaya biləcəyini deyib: “Şorgöz bir kişiylə birlikdə ola bilərəm. Çünki artıq bilirəm ki, şorgöz olmayan, xəyanət etməyən kişi yoxdur. Mənə hiss etdirmədiyi təqdirdə problem olmaz”.

Əvvəllər çox fərqli bir həyat tərzi yaşadığını vurğulayan Helin hazırda günahlarını yumağa başladığını bildirib: “Əvvəllər gecə evdən çıxırdım, bəzən 5-6 bar gəzirdim. Bəzən yatmırdım, bütün günüm əyləncə məkanlarında keçirdi. İndi isə gəzib-dolaşmağa enerjim yoxdur.

Təcrübədən keçirmədiyim heç nə qalmayıb, gəzmədiyim ölkə, şəhər yoxdur. Artıq sakit yaşamağa üstünlük verirəm. Namaz qılmağa başlamışam. Allah qismət eləsə, bu il Umrəni ziyarət edəcəyəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm