Cazibədar aktrisa sevgilisindən ayrıldı – FOTOLAR
Bizi izləyin

Magazin2

Cazibədar aktrisa sevgilisindən ayrıldı – FOTOLAR

Hollivudun ən gözəl cütlüklərindən biri hesab edilən aktrisa Emma Stounla Endryu Qarfild münasibətlərinə son veriblər.

Publika.az xəbər verir ki, bu haqda məlumat “People” jurnalında dərc olunub.

Deyilənə görə, cütlüyün ayrılmasına səbəb Endryunun film çəkilişləri üçün uzun müddət Taylandda olmasıdır. Sevgilisiylə münasibətlərinin soyuduğunu düşünən Emma Stoun ayrılmaq qərarına gəlib və Endryu da bu fikirlə razılaşıb.

Xatırladaq ki, onlar “Hörümçək adam” filminin çəkilişləri zamanı tanış olmuşdular. Endryunun 31, Emmanın isə 26 yaşı var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm