Dünya ulduzları ilin ən əyləncəli musiqi festivalında - FOTOLAR
Bizi izləyin

Magazin2

Dünya ulduzları ilin ən əyləncəli musiqi festivalında - FOTOLAR

Dünya ulduzları Kaliforniyada təşkil edilən “Coachella” muisiqi festivalına axın ediblər.

Publika.az xəbər verir ki, hər il keçirilən “Coachella” ən rəngli və əyləncəli musiqi festivalı hesab edilir.

Festivala ilk gündən bir-birindən məşhur ulduzlar qatılıb.

Kino, musiqi, moda dünyasının ən məşhur simaları yaz ab-havasını əks etdirən geyimləriylə festivala rəng qatıblar.

Rokdan hip-hopa, popdan elektronik musiqiyə kimi bir çox fərqli janrda oxuyan müğənni və qrupların səhnəyə çıxdığı festival gənclərin əyləncəli bir gün keçirməsinə imkan yaradıb.

Kayli Cenner, Alessandra Ambrosio, Behati Prinslu, Rozi Hantinqton, Paris Hilton, Leonardo DiKaprio, Cici Hadid, İan Somerholder, Pol Makkartni, Bruklin Bekhem, Förqi kimi ulduzların iştirak etdiyi festival şıqlıq yarışına səhnə olub.

İlin trendlərindən olan saçaqlar, cırıq cinslər, qısa şortlar, saç bantları, toplar, iri şapkalar festivala qatılan məşhurların seçimləri arasında olub.

Qeyd edək ki, bu festival ilin ən çox dedi-qodu yaranan tədbirlərindən biri sayılır. Bu festivalda ulduzlar arasında yeni eşq macəraları yaranır və ya ayrılıqlar baş verir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm