"Mənim bədənim podiumu tərk etməyimi tələb etdi” - FOTOLAR
Bizi izləyin

Magazin2

"Mənim bədənim podiumu tərk etməyimi tələb etdi” - FOTOLAR

Xəbər verdiyimiz kimi, Jizel Bündxen modellik karyerasına son qoymağa qərar verib. Model bununla bağlı fikrini təxminən bir ay bundan əvvəl açıqlayıb. Jizel Bündxen 20 illik uğurlu karyerasından sonra öz vətənində - San-Paolo şəhərində son dəfə podiuma çıxacaq.

Bəs, 34 yaşlı gözəlin karyerası ilə vidalaşmasının əsas səbəbi nədir?

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, modelin bu qərarı verməsinə onun bədəni səbəb olub.

Jizel karyerasına son qoyması ilə bağlı qərarını yerli mətbuata müsahibəsində belə izah edib:

“Bədənim artıq məndən soruşur ki, sənin mənə qarşı etdiklərin doğrudurmu? Soruşur ki, o, bütün bunlara layiqdirmi? Bir sözlə, o, məndən artıq dayanmağımı tələb etdi. Mən öz bədənimə hörmət edirəm və onun bu xahişlərinə qulaq asıram”.

Lakin bütün bunlar o demək deyil ki, Jizel təqaüdə gedir. O, sadəcə moda həftələrində podiuma çıxmaqdan imtina edib. Super modelin sözlərinə görə, o, fotosessiyalara və reklam kampaniyalarına çəkilməyə davam edəcək.

Yeri gəlmişkən, Jizel Bündxen bu yaxınlarda böyük qonorar müqabilində “Vivata” zinət əşyaları brendinin siması seçilib və reklama çəkilib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm