Rejissor Türkiyə gözəlinə xəbərdarlıq etdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Rejissor Türkiyə gözəlinə xəbərdarlıq etdi – FOTOLAR

Aminə Gülşə ötən il Türkiyə gözəli seçildikdən sonra ilk dəfə rol aldığı “Əsla vazkeçmərəm” adlı serialda tənqidə məruz qalıb.

Publika.az xəbər verir ki, serialın rejissorundan baş rol oyunçusu Aminəyə xəbərdarlıq gəlib.

Rejissor onun ekranda çox iri göründüyünü deyib və təcili olaraq arıqlamasını tələb edib.

Boyu 1.78 santimetr olan model kilosunun normal olduğunu bildirib. Ancaq buna baxmayaraq, ekranda daha incə görünmək üçün arıqlayacağını deyib.

Gözəl modelin hazırda pəhriz saxladığı deyilir.

Qeyd edək ki, Aminə Gülşənin çəkildiyi serialın mövsüm finalı iyun ayının 3-cü həftəsində yayımlanacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm