Castin Biber və İrina Şeyk sevgilidir?
Bizi izləyin

Magazin2

Castin Biber və İrina Şeyk sevgilidir?

İki dünya ulduzu müğənni Castin Biberlə model İrina Şeykin sevgili olduğu iddia edilib.

Selena Qomezdən ayrıldıqdan sonra adı bir çox gözəllə hallanan Castin Biberin indi də İrina Şeykin ürəyini ələ aldığı deyilir.

21 yaşlı Castinlə 29 yaşlı İrina Şeykin tez-tez görüşdükləri və birlikdə çox əyləndikləri bildirilir.

Qərb mətbuatında yazılanlara görə, cütlük münasibətdə olduqlarını yaxın günlərdə açıqlayacaqlar.

Qeyd edək ki, Castin Biber ötən gün dünyanın ən əyləncəli musiqi festivalı hesab edilən “Coachella"da "Victoria's Secret"in modelləriylə əylənmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm