• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İtalyan gözəli ikinci dəfə ana oldu - FOTOLAR

  • Magazin2
  • 16 Aprel 2015 02:15
  • 761 Baxış
İtalyan gözəli ikinci dəfə ana oldu - FOTOLAR

Anası azərbaycanlı, atası italyan əsilli olan model Bianka Balti ikinci dəfə ana olub.

Publika.az xəbər verir ki, dünən modelin qızı dünyaya gəlib. Bianka Balti qızının dünyaya gəlməsini rəsmi “Facebook” səhifəsində xəbər verib və şəklini paylaşıb:

“Qızım Mia böyük bacısı Matildanın sevimlisi, atası Metyunun isə qüruru olacaq. O, hamı tərəfindən sevilmək niyyətindədir! Mən sözün əsl mənasında, dünyanın ən xoşbəxt insanıyam. Çox sağ ol, Allah!” - yazıb.

Xatırladaq ki, Bianka Balti 2007-ci ildə tanınmış fotoqraf Kristian Lucidi ilə ailə qurub. Bu nikahdan böyük qızı Matilda dünyaya gəlib. Cütlük 2009-cu ildə ayrılıb.

Həyat yoldaşından ayrıldıqdan sonra özündən yaşca kiçik musiqiçi Françesko Mele ilə görüşüb. Onların münasibətləri çox uzun davam etməyib.

Model uzun müddət yeni sevgilisini və ikinci qızının atasının kimliyini də gizli saxlayırdı.

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR