Cazibədar Jizel Bündhen axırıncı dəfə podiuma çıxdı – FOTOLAR
Bizi izləyin

Magazin2

Cazibədar Jizel Bündhen axırıncı dəfə podiuma çıxdı – FOTOLAR

Ötən il “Forbes” jurnalının dünyanın ən çox qazanan modeli elan etdiyi Jizel Bündhen sonuncu dəfə podiuma çıxıb.

Jizel bir müddət öncə karyerasına son qoyacağını deyərək hər kəsi təəccübləndirmişdi. Bu mövzuda fikrini dəyişdirməyən gözəl “Colcci” brendinin yeni kolleksiyasını nümayiş etdirmək üçün son dəfə podiuma çıxaraq hər kəslə vidalaşıb. Bu zaman duyğusal anlar yaşanıb. Bütün modellər üzərində Jizelin müxtəlif zamanlarda çəkdirdiyi fotolar olan koftalar geyiniblər.

Futbolçu Tom Bredi həyat yoldaşı Jizeli ön sıradan izləyərək ona dəstək olub.

“Bədənim artıq bu işə vida etməli olduğumla bağlı siqnallar verir”,- deyərək karyerasına son qoymasının səbəbini izah edən gözəl model bundan sonra ailəsiylə daha çox vaxt keçirmək istədiyini bildirib. Buna baxmayaraq o, reklam kampaniyalarında rol almağa davam edəcəyini və modelyerliklə məşğul olacağını istisna etməyib.

Qeyd edək ki, modelliyə 14 yaşında başlayan Jizel artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirdi. Jizel ötən gün “İnstaqram”da modelliyə başladığı ilk gün, 14 yaşındaykən çəkilmiş fotosunu paylaşmışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm