Çağla Şikel psixoloji müalicə alır
Bizi izləyin

Magazin2

Çağla Şikel psixoloji müalicə alır

Boşandıqdan sonra depressiyaya düşən tanınmış aparıcı və model Çağla Şikelin psixoloq yardımından istifadə etdiyi deyilir. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, dünən psixoloji seminarda iştirak edib. Şikel “Özümdə başlayıb özümdə bitən səfərə çıxıram” - deyib.

Təxminən 4 ay əvvəl Əmrə Altuğla 7 illik evliliyinə son qoyan Çağla Şikel stressi hələ də üzərindən ata bilməyib.

Gözəl aparıcı televiziya proqramında daim gülümsəməyə çalışsa da, təkliyə alışa bilmir. Bunun üçün psixoloji müalicə alan Çağla Şikel dünən axşam da əhvalını düzəltmək üçün yeni metodu sınaqdan keçirib. Şikel dünən axşam yazar Mətn Harayının psixoloji təhsil proqramına qoşulub.

1982-ci il təvəllüdlü Mətn Haray sevgi ilə düşüncə gücünün çox şeyə qadir olduğunu elmi təcrübələrin də sübut etdiyini söyləyir.

Harayın dünən Çağla Şikelin iştirak etdiyi "İllüziya Aşmaq" adlı psixoloji müalicə təhsilinin 2 saatlıq məşğələsi təxminən 350 manatdır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm