• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Ailəm intim səhnələrə çəkilməyimdən narazı idi” - FOTOLAR

  • Magazin2
  • 16 Aprel 2015 21:44
  • 976 Baxış
“Ailəm intim səhnələrə çəkilməyimdən narazı idi” - FOTOLAR

Reytinq rekordları qıran "Game of Thrones" ("Taxt oyunları") serialının 19 yaşlı ulduzu Sofi Törner maraqlı etiraflar edib.

16 yaşından etibarən serialda Sansa Stark rolunu canlandıran aktrisa intim səhnələrdə çətinlik çəkdiyini deyib.

O, intim səhnələrin öhdəsindən gəlmək üçün rol alan digər aktyor və aktrisalardan seks dərsləri aldığını bildirib.

O, seriyalardan birində quldurlar tərəfindən zorlanacağı səhnə çəkilərkən atasının çəkiliş meydançasına gəldiyini qeyd edərək

ailəsinin əvvəllər bu tip səhnələrdən narahat olduqlarını etiraf edib:

“Əvvəl narazılıq edirdilər. Amma sonra serialın keyfiyyətli bir ekran işi olduğunu başa düşdülər və vəziyyətlə barışdılar”.

Sofi Törner "Sansa" obrazının serialda nə vaxt "öldürüləcəyi" barədə məlumatı olmadığını vurğulayıb.

Qeyd edək ki, “Taxt oyunları” serialının ən spesifik xüsusiyyəti baş roldakı obrazların anidən öldürülməsidir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR