Gülbən Ərgən yaraşıqlı aktyorla duet oxudu - VİDEO
Bizi izləyin

Magazin2

Gülbən Ərgən yaraşıqlı aktyorla duet oxudu - VİDEO

Məşhur müğənni Gülbən Ərgən aktyor və bəstəkar Oğuzhan Koçla duet oxuyub.

Publika.az xəbər verir ki, yeni albomunu çıxarmağa hazırlaşan müğənni pərəstişkarlarını nigaran qoymaq istəmədiyi üçün bu sürprizi edib. Albom çıxarmaq ərəfəsində “Aşkla aynı değil” (“Eşqlə eyni deyil”) adlı mahnısını yayımlayan Gülbən bu addımıyla həm də musiqi bazarındakı vəziyyətin nə yerdə olduğunu anlayacaq.

Söz və musiqisi Oğuzhan Koça aid olan mahnıya klip də çəkilib. Klipin rejissorluğunu Gülbən Ərgənin yaxın dostu Nihat Odabaşı öz boynuna götürüb.

Çəkilişlər Sapanca gölü ətrafında baş tutub.

Xatırladaq ki, Gülbən Ərgən daha öncə də “Gedən günlərim oldu” adlı mahnını Oğuzhan Koçla duet oxumuş və ilin hitlərindən birinə imza atmışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm