Magazin2
Evlənmədi, Berenlə Tubanın taxtını ələ keçirdi – FOTOLAR
Son günlər hər kəs aktrisa Serenay Sarıkayadan danışır. Belə ki, bu günlərdə Serenayın rəqiblərini qısa zamanda geridə qoyaraq hər sahədə irəliləməsi geniş müzakirələrə səbəb olub. Bu müzakirələr xüsusən, mediada böyük əks-səda doğurub. Bu böyük marağı nəzərə alan jurnalistlər onun uğurunun sirrini tapmağa çalışıblar.
Həm rol aldığı seriallar, həm də çəkildiyi reklamlar onun karyerasında sürətli yüksəlişi təmin edib. Düzdür, aktrisanın populyarlaşmasında yaşadığı eşq macəralarının da rolu az deyil. Ancaq fakt budur ki, bir zamanlar Serenayı rəqib belə hesab etməyən Beren Saat, Tuba Böyüküstün kimi cazibədar aktrisalar indi onun kölgəsində qalıblar. Serenay Sarıkaya fanatlarının sayı gün keçdikcə artır, Berenlə Tubanın ulduzu isə əksinə, getdikcə daha sönük görünür.
Publika.az xəbər verir ki, jurnalistlər araşdırma və təhlil sonucu bu qənaətə gəliblər ki, Serenayın getdikcə parlamasının əsl səbəbi, sadəcə, uğurlu layihələrdə iştirakı ilə bağlı deyil. Belə ki, Türkiyədə media dünyasının mütəxəssisləri hesab edilən bir çox jurnalist Serenayın yüksəlişinin səbəbini doğru layihələri seçə bilməsi ilə yanaşı, həm də onun evlənməməsi ilə izah edir. Onların fikrincə, Serenay Sarıkaya ailəli olmadığı üçün özünü işinə daha çox həsr edə bilir. Üstəlik, bu fanatların sayına da təsir edir. Beren Saatla Tuba Böyüküstünün ailə qurduqdan sonra əvvəlki populyarlıqlarını itirməsi bir daha sübut edir ki, evlilik ulduzun karyerasına pis təsir edir.
Beləliklə, aktrisa Serenay Sarıkaya subaylığı sayəsində əldə etdiyi parlaq karyerası ilə “Subaylıq sultanlıqdır”, - fikrini tam təsdiq edib.
Ləman Sultan
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı