Möhtəşəm pozalar verən İrina Şeyk sirrini açdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Möhtəşəm pozalar verən İrina Şeyk sirrini açdı - FOTOLAR

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldodan ayrıldıqdan sonra işə daha çox vaxt ayıran model İrina Şeyk, demək olar ki, hər həftə bir jurnal üçün fotosessiya etdirir. Gözəl ulduz bu dəfə “Viva” jurnalının üz qabığını bəzəyib.

Jurnalın aprel nömrəsi üçün kamera qarşısına keçən İrina Şeyk iddialı pozalar verib.

Model açıqlamalarıyla da diqqət çəkməyi bacarıb.

“Sevdiyim insanlara və ailəmə mümkün olduğu qədər vaxt ayırıram. İş, əlbəttə, önəmlidir, ancaq həyatda hər şeyi tarazlamaq lazımdır. Həyatını yaşamalı və xoşbəxt olmalısan”, - deyən İrina Şeyk doğulub böyüdüyü məhəllədə tikdirdiyi xəstəxanadan da danışıb:

“Bu mənim üçün çox önəmli idi. Ora böyüdüyüm yerdir. İnsanlara kömək etmək və ümid vermək istəyirəm”.

Özünü güclü, inamlı və ünsiyyəti xoşlayan bir qadın kimi təqdim edən İrina Şeyk gözəlliyini C vitamininə borclu olduğunu etiraf edib:

“Gün ərzində bol su içirəm. C vitamininin möcüzəsinə inandığım üçün portağal və qreypfrut suyu içməyi xoşlayıram. C vitamini dərimin daha təravətli və gözəl görünməsinə səbəb olur. Bədəninizi sevməli və ona yaxşı baxmalısınız. Kardio hərəkətlərini xoşlayıram. İstədiyim hər şeyi yeyirəm, amma aldığım kaloriləri idmanla atıram. İdman edərkən əzələ çıxaran hərəkətlərdən uzaq dururam. Çünki əzələlər qadını olduğundan daha iri və kobud göstərə bilər”.

Publika.az gözəl modelin yeni fotosessiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm