Gənc aktyorun lüks avtomobilinə həbs qoyuldu
Bizi izləyin

Magazin2

Gənc aktyorun lüks avtomobilinə həbs qoyuldu

Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Çağatay Ulusoyun başı lüks “Jeep”-nə görə bəlaya düşüb.

Publika.az xəbər verir ki, 2 ildir ki, avtomobilinin vergilərini ödəməyən Çağatay Ulusoya bu gün pis xəbər gəlib. Belə ki, məhkəmə qərarıyla onun maşınına həbs qoyulub.

Rol aldığı serialın hər seriyasına görə 25 min lirə qonorar alan aktyor vergiyə cəmi 4 min lirə borcu olduğunu və bu pulu ödəməyin problem olmadığını deyib.

Onun sözlərinə görə, vergi borcunu ödəməməsinin tək səbəbi yaddaşının zəif olmasıdır.

O, unutqanlığının qurbanı olduğunu vurğulayıb.

Xatırladaq ki, ulduz “Mercedes” markalı “G 500” model ikinci əl “Jeep” avtomobilin 300 min lirəyə almışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm