“People” ən gözəl qadının adını açıqladı - FOTO
Bizi izləyin

Magazin2

“People” ən gözəl qadının adını açıqladı - FOTO

Amerikanın “People” jurnalı hollivud aktrisası Sandra Bulloku 2015-ci ilin ən gözəl qadını adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə nəşrin onlayn-versiyasının saytında bildirilir.

Ancaq maraqlıdır ki, bu dəfə ən gözəl qadın heç kimin təxmin etmədiyi biri olub. Bəli, siyahıda nə Adriana Lima, nə də İrina Şeyk birinci sıradadır.

Publika.az siyahının ilk 10-luğunu təqdim edir:

1. Aktrisa Sandra Ballok

2. Model Cici Hadid

3. Aktrisa Taraci P.Henson

4. Müğənni Meqan Treynor

5. Aktrisa Laverna Koks

6. Aktrisa Cenna Devan-Tatum

7. Aktrisa Şey Mitçel

8. Aktrisa Qabriel Yunion

9. Müğənni Ariane Qrande

10. Aktrisa Vanessa Hadcens

Redaksiya hər hansı bir sorğu keçirməyib və bu, “People”nin şəxsi seçimidir. Jurnalistlər qeyd ediblər ki, Bullok gözəllik üçün hamı tərəfindən qəbul edilmiş ümumi meyarlara cavab verməsə də, aktrisa 30 illik kinokaryerası boyunca dəyişməz qalıb.

Aktrisa “People”yə müsahibəsində redaksiyaya təşəkkür edib və bildirib ki, əsl gözəllik ana olmaqdır.

Sandra Bullok “Oskar” mükafatı və 2010-cu ildə nümayiş olunan “Görünməyən tərəf” filmində oynadığı rola görə “Ən yaxşı aktrisa” nominasiyasında “Qızıl qlobus” mükafatına layiq görülüb.

“People” hər il ən gözəl qadının adını açıqlayır. Nəşr 2014-cü ildə aktrisa Lyupita Nionqonu bu ada layiq görüb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm