Məşhur aktrisa çəyirtkəni iştahla yedi – VİDEO
Bizi izləyin

Magazin2

Məşhur aktrisa çəyirtkəni iştahla yedi – VİDEO

Hollivudun məşhur aktrisası Salma Hayekin çəyirtkə yediyi videosu hamını təəccübləndirib!

Salam Hayek çəyirtkə yediyi videosunu 52 min izləyicisi olduğu sosial şəbəkədə paylaşıb. Aktrisa paylaşdığı videoda dilinə çəyirtkə qoyub iştahla yeyir. Yedikdən sonra "Bu çəyirtkələr Meksikadan Oaxakadan gəlir. Onlar yeyilməlidir" - deyib.

Cazibədar aktrisa videodan sonra yediyi çəyirtkələrin fotolarını yaxından çəkərək bir daha paylaşıb.

Hayekin heyranlarından bəziləri çəyirtkələri "iyrənc" hesab etdiklərini yazıblar. Həmçinin, onun həşəratı necə yediyinə təəccüb ediblər, bəzi izləyiciləri isə çəyirtkələrin "ləzzətli" olduğunu deyib və məşhur aktrisaya “Nuş olsun” yazıblar.

Salma Hayek daha əvvəl də qızardılmış qarışqa və soxulcan yediyini deyərək hamını təəccübləndirmişdi.

Publika.az aktrisanın sözügedən videosunu və fotolarını təqdim edir:

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm