Haydi Klum məşhur müğənninin klipində - VİDEO
Bizi izləyin

Magazin2

Haydi Klum məşhur müğənninin klipində - VİDEO

Məşhur model Haydi Klum aktyor Pedro Paskalla birlikdə müğənni Sianın klipi üçün kamera qarşısına keçib.

İki ulduz Sianın “Fire Meet Gasoline” mahnısına çəkilən klip üçün olduqca cəsur səhnələrə çəkiliblər.

“Taxt oyunları” serialının baş rol aktyorlarından Pedro Paskalla birlikdə işləməkdən zövq aldığını deyən Haydi Klum Sianın heyranı olduğunu vurğulayıb:

“Sianın fanatıyam, onun klipində çəkilmək mənim üçün xoş oldu. Pedro çox yaraşıqlı və istedadlı aktyordur. Onunla birlikdə işləmək çox xoşuma gəldi”.

Qeyd edək ki, bir-birindən hit mahnılara imza atan müğənni Sia eyni zamanda güclü səsi və maraqlı kliplərilə gündəmə gəlir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm