• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nə Beren, nə də Tuba, Kösəm sultan o olacaq – FOTOLAR

  • Magazin2
  • 24 Aprel 2015 11:45
  • 1 258 Baxış
Nə Beren, nə də Tuba, Kösəm sultan o olacaq – FOTOLAR

300 milyon izləyicisi olan “Möhtəşəm yüz il”in davamı olaraq çəkilməsi planlaşdırılan “Kösəm sultan” serialında baş rolu kimin oynayacağı nəhayət açıqlanıb.

Serialı çəkən “Tim's Production” şirkəti Türkiyəylə yanaşı xaricdə də aparılan kastinqlərin sona yetdiyini açıqlayıb.

Serialın ilk mövsümündə Kösəm sultanı 23 yaşlı aktrisa Bensu Soralın canlandıracağı bildirilib.

Aktrisa bu günə kimi “Vicdan” və “Boynu büküklər” adlı seriallarda rol alıb.

Bensu Soral Kösəm sultanın 16-20 yaşındakı halını canlandıracaq.

Şirkət Kösəm sultanın anası Safiyə sultan üçün isə aktrisa axtarışına davam edir.

Qeyd edək ki, daha öncə Kösəm sultanın Tuba Böyüküstün, Beren Saat, hətta Məryəm Üzərli olacağı iddia edilmişdi.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR