Kara Delevin Mövlanədən yazdı, “Daily Mail” qəzeti ona şərh verdi
Bizi izləyin

Magazin2

Kara Delevin Mövlanədən yazdı, “Daily Mail” qəzeti ona şərh verdi

Britaniyalı model Kara Delevin sosial şəbəkədə Mövlanədən təsirli bir status paylaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 11 milyondan artıq izləyicisi olan dünyaca məşhur model Kara “İnstagram” bloqunda Mövlanə Cəlaləddin Ruminin sözlərini #rumi həştəqi ilə paylaşıb.

22 yaşlı Karanın paylaşdığı fotoşəkildə "Ürəyin bir gün səni sevgiliyə aparacaq. Ruhun bir gün səni sevgiliyə daşıyacaq. Ağrının içində qeyb olma, bil ki, dərdin bir gün sənin dərmanın olacaq" - yazılıb.

İngiltərənin “Daily Mail” qəzeti Karanın bu statusunu lezbiyan müğənni sevgilisi Sankt Vinsentdən ayrılması ilə izah edib. Modelin duyğusal statusu onun heyranlarını da narahat edib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm