• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ancelina Coli BMT-də tənqidi çıxış etdi - VİDEO

  • Magazin2
  • 26 Aprel 2015 15:30
  • 594 Baxış
Ancelina Coli BMT-də tənqidi çıxış etdi - VİDEO

Hollivud aktrisası Ancelina Coli Yaxın Şərq və Suriya məsələləri ilə bağlı olaraq BMT-nin iclasında çıxış edib.

Publika.az xəbər verir ki, dünya şöhrətli ulduz BMT tribunasından Suriyadakı vəziyyət və orada yaşayan qaçqınların halında birbaşa tənqidi fikirlərlə çıxış edib.

BMT-nin xoşməramlı səfiri olan Coli bildirib ki, BMT-nin əsas məqsədi hərbi konfliktə son qoyulmaq və günahsız insanların həyatını xilas etməkdən ibarət olmalıdır. Amma bu vəziyyət 2011-ci ildən bu günə qədər dəyişməz olaraq qalır.

Coli əlavə edib ki, qaçqınlar və mülki insanlar hələ də dağıdılmış ərazidə yaşayır. Onlara daha çox diqqət ayırlmalıdır. BMT bu konflikti həll edə və insanlara kömək edə bilmir.

Xatırladaq ki, Suriyada konflikt yaranan gündən Coli 11 dəfə həmin ərazilərə baş çəkərək düşərgələrdə yaşayan qaçqınlarla görüşüb. Və həmin ərazidə yaşayan minlərlə insanın yaşayışını öz gözləri ilə görüb.

BMT tribunasından çıxış edən aktrisa məsələnin həllində rol oynayan hər bir insanın şəxsən həmin ərazilərə getməsini və məsələnin nə qədər ciddi olmasını anlamasını istəyib.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR