Məşhur qrupun solisti müəmmalı şəkildə öldü - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur qrupun solisti müəmmalı şəkildə öldü - VİDEO

“A Studio” qrupunun birinci solisti və əfsanəsi Batırxan Şukenov ömrünün 52-ci baharında dünyasını dəyişib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ifaçı infarktdan ölüb. Faciənin təfərrüatları hələlik məlum deyil. Qrupun indiki solisti Keti Topurya müğənninin yaxınlarına başsağlığı verib.

Müğənninin ölümü ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

B.Şukenov 1962-ci ilin mayında Qazaxıstanda anadan olub. O, karyerasına saksofonçu kimi başlayıb.

1988-ci ildə isə "A Studio"nun digər üzvləri ilə birlikdə qrupu yaradıblar. O, qrupun ilk solisti və rəhbəri olub. Bir il sonra qrupun "Culiya", "Soldat Lyubvi, "Nelyubimaya" mahnıları hitə çevrilir.

İfaçı 2000-ci ildə qrupdan ayrılaraq solo-karyeraya başlayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm