Hülya Avşarın qızı yeni sevgilisiylə belə görüntüləndi - FOTOLAR
Bizi izləyin

Magazin2

Hülya Avşarın qızı yeni sevgilisiylə belə görüntüləndi - FOTOLAR

Hülya Avşarın qızı Zəhra Çilingiroğlu yeni sevgilisiylə yaxalanıb. O, ötən gün məşhur barlardan birində sevgilisiylə əylənsə də, məkandan tək çıxıb.

Publika.az xəbər verir ki, o, sevgilisiylə görüntülənmək istəmədiyi üçün bu addımı atıb. Sevgililər jurnalistlərdən qurtulduqdan sonra məkandan bir neçə kilometr uzaqlıqdakı yanacaqdoldurma məntəqəsində bir araya gəliblər.

Amma sevgililərin bu fırıldağı baş tutmayıb. Məşhurların qərarlarını əvvəlcədən müəyyənləşdirməyə vərdiş edən paparassilər onları yanacaqdoldurma məntəqəsinə qədər təqib ediblər və birlikdə görüntüləməyə müvəffəq olublar.

Zəhra Çilingiroğlunun adını açıqlamadığı yeni sevgilisi jurnalistlərin üstünə qışqıraraq çəkdikləri fotoları silmələrini tələb edib.

Daha sonra cütlük maşına minərək dərhal oradan uzaqlaşıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm