Məşhur müğənni: “Hazırda 9 kişiylə yazışıram” – FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur müğənni: “Hazırda 9 kişiylə yazışıram” – FOTOLAR

27 yaşlı amerikalı müğənni və aktrisa Hilari Daff etirafları ilə hər kəsi şoka salıb.

Ərindən yeni boşanan gözəl ulduz populyar tanışlıq proqramı “Tinder”dən istifadə etdiyini açıqlayıb.

“Bir müddətdir ki, “Tinder”dən istifadə edirəm. Bu aralar doqquz kişiylə yazışıram”, - deyən Hilari çox əyləndiyini bildirib.

“Bəziləri mən olduğumu başa düşmür, bəziləri isə məşhur olmağımla maraqlanmır. Elələri də var ki, bunun zarafat olduğunu düşünür. Amma mən çox əylənirəm”.

Müğənni bildirib ki, bu həftə “Tinder”də tanış olduğu kişilərdən biriylə görüşəcək:

“Bu həftə Tom adlı bir adamla görüşəcəyəm. Birlikdə boulinq oynamağa gedəcəyik. Ümid edirəm ki, hamamındakı pəncərə böyük olar. Xoşuma gəlməyən bir şey olsa, oradan qaçaram”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm