Arda Turan ağır sözlər işlətdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Arda Turan ağır sözlər işlətdi - FOTOLAR

Türkiyənin sevilən aktrisası Sinəm Kobalın evlilik xəbərləri ilə gündəmə gəldiyi bir vaxtda tanınmış futbolçu Arda Turan paylaşdığı mesajı ilə dolaşıqlıq yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinəm Koballa Kənan İmirzalıoğlunun evlilik xəbərləri yayıldığı bir vaxtda “Atletiko Madrid”də oynayan futbolçu Arda Turan “İnstagram” bloqunda paylaşdığı aforizm çaşqınlıq yaradıb.

Türkiyə milli futbol komandasının oyunçusu "İnsanlar güman edirlər ki boğazda bir şey qalıb, onu udquna bilmirik. Halbuki biz bəziləri boğulmasın deyə yerə belə tüpürmürük...” - yazıb.

Arda Turanın bu sözlərinin keçmiş sevgilisi Sinem Kobala ünvanlandığı düşünülür. Futbolçunu sosial şəbəkədə izləyənlər bu fikrin altına "Qardaş, sən bu qızı hələ də unutmamısan” kimi şərhlər yazıblar.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm