Beyons boks izləməyə sinəsi açıq geyimdə getdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Beyons boks izləməyə sinəsi açıq geyimdə getdi – FOTOLAR

Dünyaca məşhur müğənni Beyons Las-Veqasda baş tutan dünyanın iki məşhur boksçusunun qarşı-qarşıya gəldiyi döyüşü izləməyə gedib.

Həyat yoldaşı Cey Zi ilə birlikdə tribunada oturan Beyonsun dərin sinə dekoltesi hər kəsin diqqətini çəkib. Qırmızı rəngli, olduqca cəsarət tələb edən libası ilə döyüşün həyəcanını daha da artıran ulduzun makiyajı isə təəssüf ki, bəyənilməyib.

Qeyd edək ki, ABŞ-ı təmsil edən Mayvezerin pakistanlı Manni Pakyaoya 12 raunddan sonra qələbə qazandığı döyüşü izləyənlər arasında dünyaca məşhur digər ulduzlar da olublar.

Cennifer Lopez sevgilisi Kasper Smartla tribunada xoşbəxtlik pozaları verərkən, Castin Biber, Ben Afflek, Niki Minaj kimi məşhurlar döyüşü diqqətlə izləyiblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm