Kara Delevin: “Vəhşi bir qızam” – FOTOLAR
Bizi izləyin

Magazin2

Kara Delevin: “Vəhşi bir qızam” – FOTOLAR

Son günlərin ən populyar modeli Kara Delevin bu ay “Maria Claire” jurnalına maraqlı müsahibə verib.

Qeyri-adi imici və çılğın hərəkətləriylə yaddaqalan model meşədə yaşamaq xəyalından bəhs edib, ən seksual hesab etdiyi qadınların adlarını açıqlayıb.

Təbii ki, ən özəl sirlərini də bölüşməkdən çəkinməyib.

Publika.az cazibədar modelin həmin müsahibəsini təqdim edir:

- Hazırda tətil üçün ən yaxşı yer hansıdır?

- Bu dəqiqə Meksikanın Tulum qəsəbəsində olmaq istəyərdim.

- Səhər yeməyində adətən, nə yeyirsən?

- Yağda bişirilmiş yumurta, hisə verilmiş donuz əti və bir dilim qızardılmış çörək yeyirəm. Daha sonra da üzərindən tünd qəhvə içirəm.

- Dünyada ən sevdiyin yer hansıdır?

- Çarpayım.

- Hazırda çantanda nə var?

- Kamera, “Persol” və “Ray-Ban” günəş eynəyi, “Dimepiece” şapka, iPod, “Skullcandy” qulaqcıq, iki ədəd mobil telefon, “Naked” göz kölgələri, “Burberry” pul kisəsi və diş fırçası.

- Ən çox sevdiyin geyim və aksessuarların hansılardır?

- “Burberry” markasından olan dəri pencəyim və kəpənək formasındakı “Annina Vogel” boyunbağım.

- Dünən axşam nə ilə məşğul idin?

- “Beetlejuice” filmini izləyirdim.

- Ən bəyəndiyin filmlər?

- “Spice World” və “Anchorman”.

- Ən seksual qadınlar kimlərdir?

- Əlbəttə, Rihanna və Rita Oradır.

- Səni ən çox nə təəccübləndirir?

- Hamı o qədər kobuddur ki, bəzən dəli oluram. Ona görə də məni ən çox nəzakətli insanlar təəccübləndirir.

- Ən bəyəndiyin kosmetika məhsulları?

- “Antipodes” markasının bütün məhsulları. Xüsusilə də, “Avocado Pear Nourishing “ gecə kremini çox sevirəm.

“Lucas' Papaw”-dan aldığım “Ointment Lip Balm”ı da çox bəyənirəm.

- Axırıncı dəfə oxuduğun kitab?

- Lena Dunhamın “Not that kind of girl” (“Bildiyin qızlardan deyil”) adlı kitabını oxumuşam.

- Bu günə kimi verilən ən yaxşı nəsihət?

- Danışmadan öncə düşün!

- Xarakterimin ən diqqət çəkici xüsusiyyəti?

- Hiperaktivəm.

- Son günlərdə dinlədiyin müğənnilər?

- Lorin Hill, Erika Badu, Azaliya Benks, Rita Ora, Rihanna, Beyons, Cey Pol, Notorious B.I.G.

- Bəyəndiyin kişilər?

- Ceyms Franko və Silvester Stallone.

- Peşəmlə bağlı ən əyləncəli xatirən?

- Tokioda baş tutan “Chanel” dəfiləsindən sonra Lili Donaldson, Karli Kloss, Coan Smolls, Arizona Myuz, Lindsi Uikson və Alis Dellal ilə birlikdə beş mərtəbəli seks oyuncaqları mağazasına getmişdik. Karaoke otağı da var idi. Bəzənib, düzənib sonra mahnı oxumuşduq.

- Qarderobunda ən çox...

- Cins şalvarlar, idman ayaqqabıları, rahat koftalar və “Burberry”dən hədiyyə gələn xəzinələr var.

- Mümkün olsaydı...

- Bir meşənin ortasında yaşayardım. Çox vəhşi qızam.

- 6-cı hissim qüvvətlidirmi?

- Adətən, məni yanıltmır. Həmişə hisslərimə güvənirəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm