Fahriyə Evcen Cansu Dərəni qısqandı və...
Bizi izləyin

Magazin2

Fahriyə Evcen Cansu Dərəni qısqandı və...

Cazibədar aktrisa Fahriyə Evcen Kann Film Festivalında bir firmanın siması kimi iştirak edəcək.

Ancaq dedi-qodulara görə, aktrisa festival öncəsində olduqca stressli günlər keçirir.

Günahkar isə onun gözəl rəqibi Cansu Dərədir.

Belə ki, keçən il eyni markanın "gözəllik elçisi" seçilən və tədbirə qatılaraq böyük diqqət çəkən Cansu Dərənin də festivalda iştirak edəcəyini öyrənən Fahriyə Evcən çox əsəbiləşib.

Deyilənlərə görə, o, Cansu Dərənin kölgəsində qalacağını düşündüyü üçün "onun iştirak etməsini istəmirəm", - deyib.

Kaprizləri ilə tez-tez gündəmə gələn Fahriyə Evcənə şirkətin nə cavab verdiyi isə bilinmir. Odur ki, hər kəs Cansu Dərənin Kann festivalında iştirak edib-etməyəcəyini maraqla gözləyir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm