Özcanla reklama çəkildi, biabır oldu – VİDEO
Bizi izləyin

Magazin2

Özcanla reklama çəkildi, biabır oldu – VİDEO

Müğənni Sıla həmkarı Özcan Dənizlə çəkildiyi “Coca-cola” reklamına görə tənqidlərə məruz qalıb.

Hind müğənnisi Danuşun “Why This Kolaveri Di” mahnısının müşayiət etdiyi 3 dəqiqəlik reklam çarxını heç kəs bəyənməyib. Hətta sosial şəbəkələrdə Özcanla Sıla ələ salınıb, tənqid yağışına tutulublar.

Buna əsas səbəb Sıla ilə Özcan Dənizin fərqli amplualarda olması və tərzlərinin bir-birindən kəskin şəkildə fərqlənməsi olub.

Sıla və Özcanın hər birinə 2 milyon qonorar verən reklam şirkəti isə indi çarəsiz vəziyyətdə qalıb. Çünki sosial şəbəkədə yazılan sərt tənqidlərdən sonra şirkət rəhbərləri reklamın yayımını dayandırmaq haqqında düşünürlər.

Ancaq reklama çox pul xərcləndiyi üçün bunu edə bilmirlər.

Publika.az səs-küyə səbəb olan həmin reklam çarxını və ona yazılan ən məzəli tənqidləri təqdim edir:

“Coca-cola” ən pis reklamını Özcan və Sıla ilə çəkdi”.

“Bu reklamdan sonra ürəyim bir daha “Coca-cola” istəməz”.

“Həyatımda gördüyüm ən bərbad reklam budur”.

“Sıla lahmacun yeyib ki, Özcanı nəfəsi ilə yıxır?”

“Sılanın marka imici korlandı”.

“Sıla sənə bu reklamda rol almağı yaraşdırmadım”.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm